Məxfilik siyasəti
Son yenilənmə: 10 noyabr 2026
Bu siyasət NavMirror-un hansı məlumatları topladığını, nə üçün istifadə etdiyini və hüquqlarınızı izah edir. Məlumatlarınıza “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yanaşırıq.
Məlumatlara kim cavabdehdir
Satıcı: Fərdi sahibkar Elvin Lətifzadə, VÖEN 1605412122, ünvan: Mehdi Abbasov küçəsi 13a, Bakı, Azərbaycan. Email: [email protected].
Hansı məlumatları toplayırıq
Hesab: ad, soyad, email, telefon nömrəsi, interfeys dili. Şifrəni yalnız geri çevrilməyən heş şəklində saxlayırıq.
Abunə və ödəniş: abunənin bitmə tarixi, Kapital Bank sifariş nömrəsi, məbləğ, status və tarix. Kart məlumatlarını Kapital Bank emal edir; biz onları görmürük.
Giriş sessiyaları: hər cihaz üçün təsadüfi açarın heşi (veb-saytda kuki, tətbiqdə cihazın təhlükəsiz yaddaşı).
Texniki: telefonu maşınla tapmaq üçün tətbiq yayım zamanı hotspot-un daxili ünvanını göndərir; bu ünvan ictimai IP ünvanınızla birlikdə yalnız yaddaşda, 15 saniyə saxlanılır. Server qeydlərində IP ünvanı və sorğu vaxtı qısa müddətə yazıla bilər.
Ekranınızın görüntüsü
Hotspot rejimində telefonun ekranı birbaşa telefondan maşına gedir və serverlərimizə ümumiyyətlə çatmır.
Hotspot olmadan istifadə rejimində görüntü serverimiz vasitəsilə real vaxtda ötürülür, yazılmır və saxlanılmır.
Nə üçün istifadə edirik
Hesabınızı açmaq və qorumaq, xidməti göstərmək, abunə müddətini hesablamaq, ödənişləri qəbul etmək, şifrə bərpası, ödəniş qəbzi və xidmət barədə vacib məktublar göndərmək, sui-istifadənin qarşısını almaq və qanuni öhdəliklərimizi yerinə yetirmək üçün. Reklam məktubları göndərmirik və məlumatlarınızı satmırıq.
Kimlə paylaşırıq
Kapital Bank — ödənişlərin emalı. ImprovMX — xidmət məktublarının göndərilməsi. Cloudflare — saytın şəbəkə və təhlükəsizlik təminatı. Bu tərəflər məlumatları yalnız göstərdikləri xidmət üçün emal edir. Qanunla tələb olunarsa, səlahiyyətli dövlət orqanlarına təqdim edə bilərik.
Harada saxlanılır
Hesab məlumatları Azərbaycanda yerləşən serverimizdə saxlanılır. Cloudflare və ImprovMX-in serverləri xaricdə ola bilər.
Nə qədər saxlayırıq
Hesab məlumatları hesabı silənədək saxlanılır. Ödəniş qeydləri vergi qanunvericiliyinə görə 5 il saxlanılır. Bir email-ə iki dəfə pulsuz sınaq verilməməsi üçün email-in geri çevrilməyən heşi saxlanılır. Server qeydləri ən çoxu 30 gün saxlanılır.
Kukilər
Saytda yalnız bir zəruri kuki istifadə olunur: giriş sessiyası (nm_s). Analitika və reklam kukiləri yoxdur.
Hüquqlarınız
Məlumatlarınızla tanış olmaq, onları düzəltmək, silmək və emalına etiraz etmək hüququnuz var. Profili hesabınızda özünüz dəyişə və hesabı istənilən vaxt silə bilərsiniz. Digər müraciətlər üçün [email protected] ünvanına yazın.
Uşaqlar
Xidmət 18 yaşdan kiçik şəxslər üçün nəzərdə tutulmayıb.
Dəyişikliklər
Siyasəti dəyişə bilərik; yeni versiya bu səhifədə dərc olunur, mühüm dəyişikliklər barədə email ilə xəbər veririk.